İndiyədək 114 DİN əməkdaşı və hərbi qulluqçusu xidmət vaxtı həlak olub

   İndiyədək 114 DİN əməkdaşı və hərbi qulluqçusu xidmət vaxtı həlak olub
  02 İyul 2022    Oxunub:1305
Bu günədək xidməti vəzifələrini yerinə yetirərkən ölən və yaralanan daxili işlər orqanları əməkdaşlarının sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunan tədbirdə çıxışı zamanı Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi üçün döyüşlərə atılan polisin öz missiyasını mərdliklə yerinə yetirdiyini, müstəqilliyin yenicə bərpa edildiyi illərdə ölkəmizdə hökm sürən anarxiyanın ağır nəticələrinin aradan qaldırılmasında, respublikada daxili sabitliyin təmin edilməsində və hüquq qaydasının möhkəmləndirilməsində önəmli xidmətlər göstərdiyini diqqətə çatdırıb.

Nazir bildirib ki, indiyədək qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirərkən daxili işlər orqanlarının və Daxili Qoşunların 114 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2792 nəfər xəsarət alıb.

AzVision.az

Teqlər:







Xəbər lenti