Yerə "potensial təhlükəli" asteroid yaxınlaşır
NASA 2022 JE1 asteroidini "potensial təhlükəli" adlandırıb. Asteroid bazar günü Yerə 3,29 milyon km məsafədə yaxınlaşacaq ki, bu da Yerlə Ay arasındakı məsafədən demək olar ki, 9 dəfə çoxdur.
Onun Yerə növbəti gözlənilən yaxınlaşması beş il sonra- 2027-ci il iyulun 14-də olacaq.
Qeyd olunur ki, NASA 2022 JE1-i Yerə 7,48 milyon km-dən az məsafədə yaxınlaşacağına görə "potensial təhlükəli" kimi təyin edib.
AzVision.az
Teqlər: