Serbiya-Macarıstan sərhədində atışma baş verib

Serbiya-Macarıstan sərhədində atışma baş verib
  02 İyul 2022    Oxunub:1012
Serbiya-Macarıstan sərhədində atışma olub
AzVision.az xəbər verir ki, bu barədə Serbiyanın televiziyası məlumat yayıb.

Sərhəd yaxınlığındakı Subotiça şəhərinin kənarında miqrantlar arasında atışma nəticəsində bir nəfər ölüb, daha yeddi nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, atışma miqrantlar arasında qaçaqmalçılıq zəminində yaranan mübahisə zəminində baş verib.

Subotiça şəhərinin meri Stevan Bakiç yerli sakinləri əmin edib ki, onların həyatı üçün təhlükə yoxdur.

AzVision.az

Teqlər: Serbiya   Macarıstan  







Xəbər lenti