İsveç və Finlandiyanın NATO-ya qəbulu haqda sənədlər Konqresə göndərilib

 İsveç və Finlandiyanın NATO-ya qəbulu haqda sənədlər Konqresə göndərilib
  02 İyul 2022    Oxunub:1638
ABŞ prezidenti Co Bayden İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı sənədləri Konqresə göndərib.
AzVision.az xəbər verir ki, bu barədə Ağ evdən bildirilib.

"Mən Finlandiyanın NATO-ya daxil olması ilə bağlı hesabat təqdim edirəm. Oxşar məktub İsveçin Alyansa daxil olması ilə bağlıdır”,- deyə Bayden Konqresin komitə sədrlərinə göndərdiyi əhatə məktubunda.

Yeni ölkələrin Şimali Atlantika Alyansına qoşulması üçün xüsusilə ABŞ Konqresinin yuxarı palatasının razılığını almaq lazımdır.

AzVision.az



Teqlər: ABŞ   İsveç   Finlandiya   NATO  





Xəbər lenti