Dövlətə xəyanətdə ittiham olun alim həbsxanada ölüb

   Dövlətə xəyanətdə ittiham olun alim həbsxanada ölüb
  03 İyul 2022    Oxunub:1439
Bir neçə gün öncə Rusiyada dövlətə xəyanətdə ittiham olunaraq həbs edilən alim ölüb.

AzVision.az xəbər verir ki, Dmitri Kolker adlı alim Novosibirsk Dövlət Universitetinin (NSU) kvant optik texnologiyaları laboratoriyasının rəhbəri olub.
Məlumata görə, Dmitri Kolker xərçəng xəstəliyindən dünyasını dəyişib. O, iyunun 30-da xəstəxanadan çıxarılaraq Moskvadakı Lefortovo istintaq təcridxanasına aparılıb.

Bundan əvvəl Novosibirsk şəhərinin Sovet Rayon Məhkəməsi Dmitri Kolkeri dövlətə xəyanətdə ittiham edərək həbs edib. O, Çin kəşfiyyatına dövlətin məxfi məlumatlarını verməkdə ittiham olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti