Polis avtoqəzada öldü - VİDEO

   Polis avtoqəzada öldü -    VİDEO
  03 İyul 2022    Oxunub:1398
Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Ləki kəndi ərazisində baş verib. Belə ki, VAZ-21011 markalı minik avtomobilləri toqquşub. Nəticədə Samir Zamanpur hadisə yerində vəfat edib.

O, Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dünən axşam saatlarında Yuxarı Ləki kəndi ərazisində Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi “VAZ-21011” toqquşub:

"Nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağdaş rayon prokurorluğundan araşdırma aparılır".(Oxu.az)



AzVision.az




Teqlər:





Xəbər lenti