Türkiyə Ukrayna taxılını daşıyan Rusiya gəmisini saxladı

   Türkiyə Ukrayna taxılını daşıyan Rusiya gəmisini saxladı
  03 İyul 2022    Oxunub:1567
Türkiyə Ukrayna taxılının daşındığı iddia edilən Rusiya yük gəmisini saxlayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar məlumat yayıb.

“Biz Türkiyə ilə tam əməkdaşlıq edirik. Hazırda gəmi limanın girişində dayanır. O, Türkiyə gömrük orqanları tərəfindən saxlanılıb. Rusiya gəmisinin taleyi müstəntiqlərin bazar ertəsi, iyulun 4-də keçiriləcək iclasında həll olunacaq", - səfir bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti