Tbilisidə parlament binası qarşısında aksiyası başlayıb

   Tbilisidə parlament binası qarşısında aksiyası başlayıb
  03 İyul 2022    Oxunub:1294
Tbilisidə və Gürcüstanın regionlarında minlərlə sakin hökumətin istefası və Gürcüstanın namizəd ölkə statusu alması üçün Aİ şərtlərinin yerinə yetirilməsi tələbi ilə Gürcüstan parlamentinin binası qarşısında “Evə, Avropaya” adlı etiraz aksiyasına toplaşıb.
“Xalq Hərəkatı” ötən həftə keçirdiyi mitinqində hökumətin istefası və ölkədə yeni texnokratik Nazirlər Kabinetinin yaradılması tələbini irəli sürüb. Əks halda, hərəkat iyulun 3-dən etibarən qeyri-müəyyən etiraz aksiyaları keçirməklə hədələyib. Etirazçılar Rustaveli prospektində nəqliyyatın hərəkətinə mane olublar.

“Gürcüstan namizəd ölkə statusunu almayana qədər qalacağıq və dağılmayacağıq. Biz demokratik etirazla hakimiyyətə qarşı çıxacağıq”, - deyə şair Laşa Buqadze toplaşanlara müraciət edib.

Onun sözlərinə görə, son bir həftə ərzində “Xalq Hərəkatı”nın nümayəndələri hökumətdən bir dənə də olsun dəyərli bəyanat eşitməyiblər.

"Biz 12 bəndin yerinə yetirilməsini gözləyirik. Biz "Gürcü Arzusu"nun onları yerinə yetirəcəyini gözləmirik. Bizi zorakılıqda, dağıdıcılıqda ittiham edirlər. Heç kim bu absurdluğa inanmır. Biz "Gürcü arzusu"na inanmırıq. Onların bir daha bizi aldatmasına imkan verməyəcəyik",- Buqadze bildirib.

İctimai xadimin sözlərinə görə, növbəti 6 ayda “Gürcü arzusu” Aİ-də Gürcüstana təqdim olunan şərtləri yerinə yetirmək iqtidarında deyil.

Aksiyanın təşkilatçıları aksiya başlamazdan əvvəl iştirakçıların bəzilərinin gecəni parlamentdə qalacaqlarını elan ediblər.

Aksiya təşkilatçıları həftə ərzində Gürcüstanın regionlarına səfər edərək, əhalini iyulun 3-də aksiyaya qoşulmağa çağırıblar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti