Ukrayna ordusuna hər ay 4 milyarddan çox pul xərclənir - Baş nazir

   Ukrayna ordusuna hər ay 4 milyarddan çox pul xərclənir -    Baş nazir
  03 İyul 2022    Oxunub:1334
Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, hər ay Ukrayna ordusunun saxlanmasına təxminən 4,4 milyard dollar xərclənir.
O, izah edib ki, müharibəyə qədər buna hər il təxminən 5,3 milyard dollar xərclənib. Bundan əvvəl Ukrayna Maliyyə Nazirliyinin rəhbəri Sergey Marçenko bildirib ki, Ukraynanın büdcə kəsiri hər ay təxminən 5 milyard dollar təşkil edir. Büdcənin üçdə ikisi xarici kreditlər və qrantlar hesabına əldə edilir.

Eyni zamanda, büdcə xərclərinin dörddə üçü, onun sözlərinə görə, hərbi ehtiyacların payına düşür.

“Əgər bizim ordunun saxlanması üçün təxminən 156 milyard qriven (5,3 milyard dollar) idisə, bu, Ukrayna Silahlı Qüvvələrinin və Ukrayna ordusunun bir illik büdcəsi idi, bu gün təxminən 130 milyard (4,4 milyard dollar - red.) aylıq məbləğ”, - Şmıqal bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti