Yaş salfetlər Temzanın axarını dəyişdi

   Yaş salfetlər Temzanın axarını dəyişdi
  04 İyul 2022    Oxunub:1135
Londonun qərbindəki Hammersmit körpüsündə iki tennis kortu boyda tullantı yığını əmələ gəlib. Nəticədə istifadə olunmuş yaş salfetlərdən ibarət süni ada sayəsində Temza çayının axarı bir qədər dəyişib. Böyük Britaniya hakimiyyəti dəfələrlə sakinləri nəm salfetlərdən imtina etməyə çağırıb və hətta onları qadağan etmək istəyib.
İnsanlar bu gigiyena məhsulunu kanalizasiyaya atır. Lakin nəm salfetlər suda ərimir və sonda Temzada toplanır. Ekoloqlar deyirlər ki, nəm salfetlər təkcə çayın özünə deyil, bütün su ekosisteminə zərər verir. Belə ki, onların tərkibində çoxlu plastik var.

AzVision.az


Teqlər: Çay  





Xəbər lenti