Özbəkistandakı iğtişaşlarda 5 nəfər ölüb - VİDEO

   Özbəkistandakı iğtişaşlarda 5 nəfər ölüb -    VİDEO
  04 İyul 2022    Oxunub:776
Özbəkistanda kütləvi etirazlar zamanı faciə yaşanıb. AzVision.az xəbər verir ki, Özbəkistan müxalifətinin yaydığı məlumata görə, azı 5 nəfər ölüb, yüzlərlə insan yaralanıb.
Özbəkistan prezidenti yenidən Nukusa gedib
Qeyd edək ki, bir neçə gün öncə Özbəkistanın Daxili İşlər Nazirliyi ölkə Konstitusiyasına dəyişikliklərlə əlaqədar Nukusda qanunsuz nümayişin keçirildiyi barədə məlumat yayıb. Məlumata görə, ictimai qaydanın pozulması halları və vətəndaşlar tərəfindən müxtəlif hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə əraziyə hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb edilib.

Hüquq-mühafizə orqanları iğtişaş təşkilatçılarından bir qrupunu saxlayıblar. Qanunsuz nümayişin ölkədə aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsi nəticəsində baş verdiyi qeyd olunur.

Prezident Şavkat Mirziyoyev konstitusiyanın Qaraqalpaq Muxtar Respublikası ilə bağlı maddələrinə dəyişiklik etməmək barədə qərar verib.

Bundan başqa, Prezident Qaraqalpaq Muxtar Respublikasında iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Özbəkistan  





Xəbər lenti