Ermənilər Aİ-nin ofisi qarşısında aksiya keçiriblər- VİDEO

   Ermənilər Aİ-nin ofisi qarşısında aksiya keçiriblər-    VİDEO
  04 İyul 2022    Oxunub:1129
Ermənistanda etiraz aksiyası keçirilib. AzVision.az xəbər verir ki, müxalifətin “Müqavimət” hərəkatının nümayəndələri Avropa İttifaqının Ermənistandakı ofisinə yürüş ediblər.
Yürüş iştirakçıları əvvəlki etiraz aksiyaları zamanı saxlanılmış fəalların fotoşəkillərini daşıyıblar.
Yerli media yazır ki, “Müqavimət” hərəkatının nümayəndələri öz siyasi tələblərini Aİ nümayəndəliyinin binası qarşısında səsləndirməyə çalışıblar.

"Deputat Aram Vardevanyanın dediyi kimi, aksiyanın iki məqsədi var - saxlanılan fəalların azad edilməsinə nail olmaq və Bakıda cəza çəkən erməni məhbusların azad edilməsi məsələsinə Aİ-nin müdaxiləsinə nail olmaq", - saytlar yazıb.


Tural Tağıyev
AzVision.az



Teqlər: Aksiya   Ermənistan   Müxalifət  





Xəbər lenti