Yunan pilotları həddini aşdı: Türkiyəni təhqir etdilər – FOTO

      Yunan pilotları həddini aşdı:    Türkiyəni təhqir etdilər –    FOTO
  04 İyul 2022    Oxunub:3397
Bu ilin mart ayının sonlarında Yunanıstan Fransa ilə “F3-R” standartına uyğun “Dassault Rafale” çoxməqsədli hərbi qırıcılarının alınmasına dair 3.3 milyard dollar dəyərində müqavilə bağlamışdı. Sazişə əsasən Yunan Hərbi hava qüvvələri 12 ədədi istifadə edilmiş, yani "second hand" olmaqla, ümümilikdə 24 təyyarə alacaq.
Qırıcılarn çatdırılması reallaşdırılmamış yunan pilotları elə həvəsə gəliblər ki, artıq xüsusi patçlar (şevronlar) da hazırlayıblar. Snayperlərin məşhur "qaçma, yorğun öləcəksən" zarafatı və "yunan Rafale – sakit ölüm" yazıları əks olunmuş fərqlənmə nişanlarında Türkiyə xəritəsinin üzərində qaçan hind toyuğu (ingiliscə: turkey) yer alıb.

Deyəsən, yunanlar Türkiyənin beynəlxalq arenada istifadə olunan adının BMT səviyyəsində rəsmi şəkildə dəyişdirilməsindən və 2023-cü ildə 5-ci nəslə aid yerli “TF-X” Milli Muharip Uçak təyyarələrinin istehsalı layihəsindən xəbərdar deyillər. Yoxsa Türkiyənin günü-gündən güclənən hərbi sənayesini və ordu qüdrətini görməzliyə vurmazdılar.

Qeyd etmək lazımdır ki, yunan hökümətinin analoji siyasi səviyyəsizliyi və arxayınçılığı vaxtilə 2010-cu ilin ciddi iqtisadi böhranına gətirib çıxarmışdı. Tükiyə ilə silahlanma yarışına girən Yunanıstan birdən ayılmışdı ki, xəzinədəki kağızlar pul əskinasları yox, alınan xarici borcların müddəti keçmiş müqavilələridir...

Fransanın "second hand" qırıcıları ilə özünü sakitləşdirməyə çalışan yunan pilotları isə artıq qısa bir müddətdə səmada +1 nəsil üstün “TF-X” qırıcıları ilə üzləşəcəklər. Görək, onda kim "yorğun ölür"...

Hans Kloss
AzVision.az üçün



Teqlər: Türkiyə   Yunanıstan  





Xəbər lenti