Pilotlar inanılmaz manevrlərlə zərbələr endirdilər - VİDEO

   Pilotlar inanılmaz manevrlərlə zərbələr endirdilər -    VİDEO
  04 İyul 2022    Oxunub:830
Ukrayna mediası gərgin döyüşlərə dair yeni kadrlar yayıb. AzVision.az xəbər verir ki, saytlar eyni anda 4 Mi-8 helikopterinin rus hərbçilərinin mövqelərinə atəş açdığını yazıblar.
Fransız jurnalistlər atəş altında qaldılar - VİDEO
Yayılan kadrlardan da aşkar görünür ki, qəfl hücum zamanı helikopterlər hədsiz dərəcədə aşağı hündürlükdə uçuşlar həyata keçiriblər.

"Normal vəziyyətdə pilotlara belə hündürlükdə uçuşlar reallaşdırılmasına qətiyyən imkan verilməzdi. İndiki halda qəhrəman pilotlarımız həyatlarını riskə ataraq radarlara düşməmək üçün yalnız ağac hündürlüyündə qalxıb uçuşlar həyata keçiriblər. Onların rusların mövqelərinə endirdikləri qrup halında olan zərbələr isə şok effekti yaradır", - saytlar yazıb.

Qeyd edək ki, ukraynalı pilotlar hələ SSRİ vaxtında Sovet ordusunda fərqlənir, peşəkarlıqları ilə önə çıxırdılar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Helikopter  





Xəbər lenti