Ötən ay Qarabağda aşkarlanan minaların sayı açıqlandı

   Ötən ay Qarabağda aşkarlanan minaların sayı açıqlandı
  04 İyul 2022    Oxunub:846
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan AzVision.az -a verilən məlumata görə, iyun ayı ərzində Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 303, tank əleyhinə 236 mina və 1 273 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 2 723.4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AzVision.az



Teqlər:





Xəbər lenti