Çavuşoğlu: “Rusiya Türkiyənin Suriyadakı əməliyyatına müdaxilə etməyəcək”

      Çavuşoğlu:    “Rusiya Türkiyənin Suriyadakı əməliyyatına müdaxilə etməyəcək”
  04 İyul 2022    Oxunub:1281
Ankara hesab edir ki, Moskva Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatına müdaxilə etməyəcək.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalının efirində deyib. “Rusiyanın müdaxilə edəcəyini düşünmürəm. Bizim Rusiya ilə bir çox məsələlərdə fikir ayrılığımız var, o cümlədən Ukraynadakı hərəkətlər, Krımın tanınmaması və s. Amma bizim iqtisadi və siyasi əlaqələrimiz var”, - deyə türkiyəli nazir bildirib.

Qeyd olunur ki, Ankara qarşıdakı əməliyyatla bağlı Rusiyadan hələ ki, kəskin reaksiya almayıb. Eyni zamanda, Çavuşoğlu hesab edir ki, Moskva və Vaşinqton Suriyadakı PKK üzvlərilə döyüşmək vədlərini pozub, bu səbəbdən də Türkiyənin hərəkətlərinə etiraz etmək hüququnu itiriblər.

AzVision.az


Teqlər: Türkiyə  



Xəbər lenti