Yaponiyada avtomobil istehsalı 3 ildə 20% azalıb

Yaponiyada avtomobil istehsalı 3 ildə 20% azalıb
  04 İyul 2022    Oxunub:1515
Yaponiyada avtomobil istehsalı 2018-ci ildən 2021-ci ilə qədər aşağı daxili tələbat və pandemiya ilə bağlı narahatlıqlar səbəbindən 20% azalıb.
Bu barədə ölkənin aparıcı biznes qəzeti “Nikkei” öz ekspertlərinin hesablamalarına əsasən məlumat verib. Nəşrin fikrincə, belə kəskin eniş xüsusilə avtomobillər üçün komponentlər istehsal edən orta və kiçik şirkətlər üçün ciddi problemlər yaradır.

Qəzetin ekspertləri 2021-ci ildə Yaponiya korporasiyalarının dünya üzrə ümumilikdə təxminən 23,6 milyon avtomobil istehsal etdiyini hesablayıblar ki, bu da 2018-ci illə müqayisədə 5,2 milyon azdır. Bu azalmış həcmin təqribən 35,8%-i Yaponiya daxilindəki zavodlardan əldə edilib.

Xüsusilə, sənaye lideri Toyota Motor ildə ən azı 3 milyon avtomobilin yerli istehsalını strategiyasının əsası kimi elan edir. Bu, korporasiyanın tədarükçülərinin gəlirliliyini qorumaq, onu hissələri və montajları ilə təmin etmək üçün lazımdır. Lakin 2020 və 2021-ci illərdə Toyota Motor avtomobil istehsalının həcmini bu səviyyədə saxlaya bilmədi.

AzVision.az


Teqlər:



Xəbər lenti