İspaniyanın müdafiə naziri: “Dünya bloklara bölünüb”

      İspaniyanın müdafiə naziri:    “Dünya bloklara bölünüb”
  04 İyul 2022    Oxunub:1416
İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib ki, Rusiya qazının Avropaya daşınması ilə bağlı problemlər fonunda çox çətin qış ola bilər.
O, bu barədə “La Razon” qəzetinə verdiyi müsahibədə bildirib: “Berlin divarının uçmasından sonra ən çətin anı yaşayırıq. Dünya yenidən bloklara bölünüb. Hazır olmalıyıq, çünki bu, şübhəsiz ki, baş verə biləcək ssenaridir. İspaniyanın Rusiyadan enerji asılılığı daha azdır, daha müsbət bir vəziyyətə malikdir, lakin qaz da daxil olmaqla, bu tədarükün dayandırılması nəticəsində qəbul edilən yanaşma qışın çox çətin keçəcəyindən ibarətdir” - deyə, o bildirib.

Onun sözlərinə görə, Mərkəzi Afrika Respublikası kimi ölkələr artıq praktiki olaraq Rusiyanın təsiri altına düşüb və İspaniyanın orada kiçik kontingenti var:

“Somali isə hazırda aclıqdan ən çox əziyyət çəkən ölkələrdən biridir və dəniz quldurluğu da genişlənir. Aİ və ya Şimali Atlantika alyansı Afrikanı unudarsa, Çin və Rusiya üçün meydanı açıq qoyacaqlar”.

AzVision.az


Teqlər:



Xəbər lenti