İran Rusiya ilə qarşı-qarşıya

   İran Rusiya ilə qarşı-qarşıya
  04 İyul 2022    Oxunub:2014
İran Çində Rusiya ilə rəqabətdə qalmaq üçün onsuz da ucuz olan neftin qiymətini aşağı salmağa məcburdur.
Bu barədə Bloomberg məlumat yayıb. Rusiya getdikcə Çində İran üçün əsas bazarda möhkəmlənməyə başlayıb. Bu səbəbdən ölkə Rusiya ilə rəqabət aparmaq üçün neftini endirimlə satmağa məcbur olur.

Agentlik qeyd edib ki, Rusiya üçün Çin Ukraynada hərbi əməliyyata başlayandan sonra neftin əsas istiqamətinə çevrilib. Bu, İranla rəqabətin artmasına səbəb olub.

Nəşr qeyd edib ki, mayda Rusiya neftinin Çinə ixracı rekord həddə çatıb və Səudiyyə Ərəbistanını geridə qoyub. İran, həmçinin Çində koronavirus məhdudiyyətlərinin yumşaldılması səbəbindən yanacağa tələbatın artması sayəsində ixrac axınını da qoruyub saxlaya bilib.

AzVision.az


Teqlər:



Xəbər lenti