Finlandiya və İsveçin NATO-ya doğru: Protokollar sabah imzalanacaq

      Finlandiya və İsveçin NATO-ya doğru:    Protokollar sabah imzalanacaq
  04 İyul 2022    Oxunub:1749
Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokollar iyulun 5-də imzalanacaq.
Bu barədə Şimali Atlantika Müqaviləsi Təşkilatının qərargahı məlumat yayıb. “Finlandiya və İsveç bu sənədləri NATO üzvü olan 30 ölkənin hamısı ratifikasiya etdikdən sonra alyansa daxil olacaqlar. Müttəfiqlər (NATO ölkələri - Red) iyulun 5-də Finlandiya və İsveçlə üzvlük protokollarını imzalayacaq”, - məlumatda deyilir.

AzVision.az


Teqlər:



Xəbər lenti