ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsilik üzrə ümumi komitəsinin iclasının davamında ermənipərəst isveçli deputat Byorn Soderin “saxlanılan erməni hərbiçilərinin dərhal azad olunmasını Azərbaycandan tələb edən” təklifi, eləcə də mədəni irsin qorunması naminə UNESCO texniki missiyasının qəbul edilməsinə yönəlik çağırışı müzakirəyə çıxarılıb.
İsveçli deputatın təklifinə qarşı çıxan Azay Quliyev söz alaraq həbs edilmiş erməni hərbiçəlirinin müvafiq qanunvericiliyə uyğun olaraq cəzalandırıldığını, bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin və Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarının olduğunu, UNESCO-nun fəaliyyətinə ermənilər tərəfində süni əngəllərin yaradıldığını əsas gətirərək, ATƏT PA tərəfindən bu bəndin qəbul edilməsinin yanlış olacağını vurğulayıb. Soderin təklifi səsə qoyuldu, 24 əleyhinə 12 lehinə olmaqla rədd edilib.
Ermənistanın Azərbaycana qarşı qətnamə bəndinin qəbul edilməsi ilə bağlı etdiyi üçüncü cəhd ATƏT PA-nın Demokratiya, insan haqları və humanitar məsələlər üzrə ümumi komitəsinin Qətnamə layihəsinin müzakirəsi zamanı edilib. Bu dəfə Ermənistan nümayəndə heyətinin üzvü Mariya Karapetyan yenə Dağlıq Qarabağa və münaqişənin mövcudluğuna istinad edən, erməni hərbiçilərinin azad olunmasını özündə əks etdirən təklifi müzakirəyə çıxarılıb.
Ermənilərin təklifinə qarşı çıxan Azərbaycan nümyəndə heyətinin rəhbəri Azay Quliyev bu təklifin birtərəfli və əsassız olduğunu, hazırda Avropa Birliyi tərəfindən aparılan üçtərəfli Brüssel danışıqlarında zəruri məsələlərin müzakirə edildiyini, bu kimi mövzuların ATƏT PA-nın Qətnaməsinə salınmasının zərərli olacağını əsas gətirərək Assambleya üzvlərini bu təklifi qəbul etməməyə çağırıb. Karapetyan tərəfindən hazırlanan düzəliş səsə qoyulub, 18 səs əleyhinə, 11 lehinə olmaqla rədd edilib.
Beləliklə, Böyük Britaniyanın Birminqem şəhərində işini davam etdriən ATƏT PA-nın İllik Sessiyanda Ermənistan tərəfindən Azərbaycan əleyhinə hazırlanan və təqdim olunan bütün düzilişlərin və təkliflərin qarşısı qətiyyətlə alındı.







Vaxtında, Aydın, Lazımlı!


