Cənubi Koreyada inflyasiya rekord səviyyəyə çatıb
Məlumata əsasən, 2022-ci ilin may ayında istehlak qiymətlərinin artım tempi 5,4 faiz təşkil edib. 1998-ci ilin noyabrında inflyasiya 6,8 faizə çatıb.
Səbəb kimi "Yonhap" agentliyi enerji və ərzaq qiymətlərinin yüksəlməsini, pandemiyadan sonra artan tələbi, qlobal təchizat zəncirlərindəki fasilələri göstərir. "Tələb faktorunun təsir etmədiyini demək olamz. Amma qiymət artımında xarici təklif böyük rol oynayır", - deyə Milli Statistika İdarəsinin əməkdaşı O Un Son bildirib.
Mövcud tendensiyalar davam edərsə, o zaman il sonunda inflyasiya Cənubi Koreya Maliyyə Nazirliyinin 4,7 faizlik proqnozunu üstələyəcək.
Artan ərzaq və yanacaq qiymətlərini nəzərə almayan baza inflyasiyası iyun ayında 3,9 faiz təşkil edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


