Azərbaycana meymunçiçəyi test dəstləri gətirilib

   Azərbaycana meymunçiçəyi test dəstləri gətirilib
  05 İyul 2022    Oxunub:720
Səhiyyə Nazirliyi meymunçiçəyi xəstəliyinin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət edib. Müraciətin nəticəsi olaraq, ÜST tərəfindən 3 min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib.
Bu barədə AzVision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur.

Qeyd edək ki, şübhəli hallar müəyyən edildikdə, xəstəliyin laborator təsdiqi mütləq şərt olacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti