"Qərb Ukrayna haqqında obyektiv məlumat verən medianın işini əngəlləyir" - Lavrov

"Qərb Ukrayna haqqında obyektiv məlumat verən medianın işini əngəlləyir" -  Lavrov
  05 İyul 2022    Oxunub:1290
Qərb Ukraynadakı hadisələri obyektiv işıqlandıran medianın işini əngəlləmək üçün əlindən gələni edir. AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Monqolustana səfəri zamanı deyib.
Lavrov: “NATO və Aİ Rusiya ilə müharibə üçün koalisiya toplayır”
Lavrov qeyd edib ki, o, monqolustanlı tərəfdaşlarını Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının gedişi barədə ətraflı məlumatlandırıb.

- Biz Kiyev rejiminin nümayəndələrinin Ukraynada özlərini necə aparması ilə bağlı faktların ümumi dünya ictimaiyyəti üçün əlçatan olmasında maraqlıyıq. Təəssüf ki, Qərb baş verənlərlə bağlı obyektiv məlumatlar verən medianın işini əngəlləmək üçün əlindən gələn hər şeyi edir. - Rusiya XİN rəhbəri deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Qərb   Lavrov  



Xəbər lenti