Beş ayda 517 cinayət işinin istintaqı tamamlanıb

   Beş ayda    517 cinayət işinin istintaqı    tamamlanıb
  05 İyul 2022    Oxunub:975
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, bu günün rəqəmi isə 517-dir.

Belə ki, 2022-ci ilin yanvar-may ayları ərzində prokurorluq orqanları tərəfindən 517 cinayət işinin istintaqı tamamlanmışdır.
Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti