Həcc ziyarətinə gedən qadınların sayı artır

   Həcc ziyarətinə gedən qadınların sayı artır
  05 İyul 2022    Oxunub:1118
COVID-19 pandemiyası səbəbindən iki ildir keçirilə bilməyən Həcc ziyarəti bu il geniş təhlükəsizlik tədbirləri ilə yenidən başlayıb. Hər il orta hesabla 4 milyon zəvvarın gəldiyi Məkkəyə bu il cəmi 1 milyon 200 min zəvvar namizədi qəbul edilib. Yaşı 65-dən yuxarı olan zəvvarlar yaş məhdudiyyətinə görə qəbul edilmir. Bu, Kəbədəki zəvvar namizədlərinin üzlərini əvvəlki illərlə müqayisədə cavanlaşdırıb. Eyni zamanda gələnlər arasında qadın zəvvarların da sayı çoxalıb.
Xarici mətbuatda yer alan xəbərdə qeyd edilir ki, son illərdə qadın zəvvar namizədlərinin sayını artıran ən mühüm səbəblər Həcc səfərlərinin təyyarə ilə edilməsi, yaşayış yerlərinin təhlükəsizliyi, Səudiyyə rəsmilərinin tək gələn qadınlar üçün prosedurlarda etdiyi dəyişikliklər və əvvəlki illərlə müqayisədə qadınların iqtisadi güclənməsi göstərilir.

Pandemiya səbəbiylə Səudiyyə Ərəbistanı hakimiyyətinin tətbiq etdiyi bəzi məhdudiyyətlər qadın zəvvar namizədlərinin Kəbədə ibadətini asanlaşdırmağa xidmət edib. Kəbənin birinci mərtəbəsinin təvafı tədbirləri çərçivəsində müəyyən sayda zəvvar namizədi qəbul edilir. Kəbənin bu mərtəbəsində yalnız ehramlı kişi və qadınlar namaz qıla bilər və Kəbəyə giriş vaxtları məhduddur.

Kişilərin üstünlük təşkil etdiyi zəvvarlar digər mərtəbələrdəki təvaflarını tamamlayarkən, Kəbənin birinci mərtəbəsində dünyanın hər yerindən qadınların rəngli görünüşü diqqət çəkir.

AzVision.az



Teqlər:



Xəbər lenti