Şoka salan şokolad – FOTOLAR

// Rusiyanın təbliğat maşını getdikcə daha çox palçığa batır

   Şoka salan şokolad –    FOTOLAR
  05 İyul 2022    Oxunub:2663
Rusiyanın Yekaterinburq şəhərinin marketlərində maraqlı şokolad satışa çıxarılıb. Qənnadı məmulatının qutusunda "ordu səni gözləyir" (армия ждет тебя) və "Руки вверх" pop-qrupunun məşhur hitinin bir qədər fərqli nəğarəti - "yaşın artıq 18-dir, səni tezlikcə aparacaqlar" (18 тебе уже, заберут тебя скорей) sözləri yer alıb.
Üzlükdə istifadə edilən fotoşəkildəki çağırışçıların gözləri isə bağlanıb. Yəni şokoladın dizaynında istifadə edilən görüntü əlində silah və əynində uniforma olan əsgər(lər)i deyil, kriminal xronika və ya hərbi əsirlərin olduğu kadrı xatırladır.


Ukraynadakı "xüsusi əməliyyat" zamanı satışa çıxarılan məhsul alıcıları şok etdiyindən satılmır və artıq 40% endirimə düşüb...

Hans Kloss
AzVision.az üçün


Teqlər: Rusiya   Təbliğat  



Xəbər lenti