İsveç Ukraynanın bərpasına 7 milyon dollar ayıracaq

İsveç Ukraynanın bərpasına 7 milyon dollar ayıracaq
  05 İyul 2022    Oxunub:903
İsveç Ukraynaya 70 milyon kron (7 milyon dollardan çox) ayıracağına söz verib.
Bunu ölkənin beynəlxalq əməkdaşlıq və inkişaf naziri Matilda Ernkras deyib. Onun sözlərinə görə, bu, Ukraynanın bərpası üzrə beynəlxalq proqrama yalnız ilkin töhfədir.

"Bu yardım minaların təmizlənməsi, enerji səmərəliliyi, regional həllər kimi fəaliyyətlər üçün istifadə oluna bilər. İsveç Ukraynanın uzunmüddətli tərəfdaşıdır və ona humanitar, makroiqtisadi sahələrdə maliyyə yardımı edir, silah və digər hərbi texnika verir, həmçinin böhranın həlli üçün hərtərəfli səylər göstərir".

AzVision.az


Teqlər:



Xəbər lenti