Peskov Rusiyada terror təhlükəsinin "sarı səviyyəsini" şərh edib

   Peskov Rusiyada terror təhlükəsinin "sarı səviyyəsini" şərh edib
  05 İyul 2022    Oxunub:1038
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada Rusiya Federasiyasının bir sıra regionlarında terror təhlükəsi ilə bağlı “sarı səviyyə”nin tətbiqini şərh edib.
Peskov daha yüksək səviyyəli mühafizənin tətbiqi üçün əsasların olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib ki, "təhlükə səviyyəsi indiki məqama uyğun müəyyən edilib. Sarı səviyyə indiki duruma uyğundur".

Qeyd edək ki, bir müddət öncə Rusiyanın Ukrayna ilə həmsərhəd olan bir sıra vilayətləri terror təhlükəsinin “sarı” səviyyəsi elan edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti