Ukraynanın bərpası planı təsdiqləndi

   Ukraynanın bərpası planı təsdiqləndi
  05 İyul 2022    Oxunub:1195
İsveçrənin Luqano şəhərində Ukraynanın bərpası ilə bağlı beynəlxalq konfrans keçirilib.
Bunu Ukraynanın Baş naziri Denis Şmiqal tvitter səhifəsində yazıb. Onun sözlərinə görə, konfransda Ukraynanın bərpası planı təsdiqlənib:

“Dövlət və hökumət başçıları, nazirlər və yüksək səviyyəli nümayəndələr Ukraynanı ölkə tam bərpa olunanadək dəstəkləməyə söz verdilər. Ukrayna yenidən qurulacaq. Bu barədə konfransın yekun bəyannaməsində yazılıb. Konfransda bərpa planının əsas prinsipləri də təsdiq edilib. Dəstəklərinə görə tərəfdaşlara təşəkkür edirik!”, - hökumət başçısı vurğulayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti