Bu ay pensiyalar 50 manat yardımla veriləcək

   Bu ay pensiyalar 50 manat yardımla veriləcək
  05 İyul 2022    Oxunub:847
İyulun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Bu barədə AzVision.az -a Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Məlumatda bildirilir ki, 2022-ci il üzrə ödənilən 200 manat maddi yardımın növbəti rüb üzrə veriləcək 50 manatı da iyul ayının pensiyasının üzərinə əlavə olunacaq.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

AzVision.az



Teqlər: Pensiya  



Xəbər lenti