Türkiyə Ukrayna taxılı üçün yeni dəhlizlər təklif etdi

   Türkiyə Ukrayna taxılı üçün yeni dəhlizlər təklif etdi
  05 İyul 2022    Oxunub:835
Türkiyə Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixracı üçün dəhlizlərin yaradılmasının tərəfdarıdır.
Bunu Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakçı İsveçrənin Luqano şəhərində Ukraynanın yenidənqurulması üzrə beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, Ankara ümumilikdə Moskva ilə Kiyev arasında diplomatik dialoqun yenidən aktivləşdirilməsi üçün mümkün variantlara yenidən baxmağı təklif edir. O qeyd edib ki, münaqişənin daha da genişlənməsi faciənin miqyasını pisləşdirəcək və onun qlobal təsirini artıracaq.

“Ona görə də biz diplomatik yolun yenidən aktivləşdirilməsi, o cümlədən Qara dəniz vasitəsilə ixrac dəhlizlərinin yaradılması imkanlarını nəzərdən keçirməyi məqsədəuyğun hesab edirik”, - deyə Faruk Kaymakçı bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti