Aşağı Güzdək avtomobil yolu yenidən qurulub
Məlumata görə, yenidənqurma işləri çərçivəsində örtük sökülüb, torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Yeni torpaq yatağının və yol əsasının inşası aparılıb, zəruri yerlərdə 3000 p/m piyada səkiləri inşa edilib.
Yolboyu iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub.
Sonuncu mərhələdə yolboyu zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanma xətləri çəkilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


