29 yaşlı qız özünü zəhərləyib öldürdü

   29 yaşlı qız özünü zəhərləyib öldürdü
  05 İyul 2022    Oxunub:985
Bakıda intihar hadisəsi qeydə alınıb.
AzVision.az xəbər verir ki, Xətai rayonu Yusif Səfərov küçəsində yaşayan 1993-cü il təvəllüdlü N.Həsənova özünü mənzildə zəhərləyib. O, intihar məqsədilə çoxsaylı dərman həbləri qəbul edib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 29 yaşlı N.Həsənova tibbi müdaxiləyə baxmayaraq vəfat edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)

AzVision.az


Teqlər:



Xəbər lenti