Rusiya “Uşaq Avroviziyası”nda iştirak etməyəcək

Rusiya “Uşaq Avroviziyası”nda iştirak etməyəcək
  05 İyul 2022    Oxunub:1302
“20-ci Beynəlxalq “Uşaq Avroviziyası” Mahnı Müsabiqəsinin milli seçmə mərhələsi üçün ərizələrin qəbulu ləğv edilib”.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyada seçimin təşkilatçısı olan İqor Krutoy deyib.

Bildirilib ki, buna Avropa Yayım İttifaqının Rusiyanı “Avroviziya – 2022” mahnı müsabiqəsindən kənarlaşdırmağından sonra cavab olaraq Rusiyanın “Birinci kanalı”nın, Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Kompaniyasının və “Ostankino” Radio evinin qurumdan çıxması səbəb olub.

Qeyd edək ki, "Uşaq Avroviziyası" mahnı müsabiqəsi bu il İrəvanda keçiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti