Tank ballistik raket kimi partladı - VİDEO

   Tank ballistik raket kimi partladı -    VİDEO
  05 İyul 2022    Oxunub:1157
Ukrayna müharibəsinə dair yeni videogörüntülər yayılıb. AzVision.az xəbər verir ki, Ukrayna mediası Rusiyaya məxsus zirehli texnikaların sıradan çıxarılmasını əks etdirən bu kadrlarda hərbçilərin peşəkarlıqla çalışmalarına diqqət çəkib.
Ağaclıqda gizlənən tankları havaya uçurdular - VİDEO
Qeyd edilir ki, dronla çəkilən kadrlarda ən çox diqqət çəkən məqam isə tanklardan birinin inanılmaz miqyasda partlayaraq adi minik avtomobili kimi tikə-tikə olmasıdır.

"93-cü "Xolodnıy Yar" briqadasının əsgərləri peşəkarcasına işləyirlər. Onlar öz əl işlərinin nəticələrini bizimlə bölüşüblər. Videoda rus ordusunun məhv edilmiş və partlayaraq yanan texnikası əks olunub. Maraqlısı isə budur ki, zirehli tank elə partlayır ki, sanki onun içində hansısa təhlükəli güclü raket olub", - saytlar yazıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Tank  



Xəbər lenti