İtaliyada taksi sürücüləri ümumilli tətil elan ediblər - VİDEO

İtaliyada taksi sürücüləri ümumilli tətil elan ediblər - VİDEO
  05 İyul 2022    Oxunub:1360
İtaliyada taksi sürücüləri 48 saatlıq ümumilli tətil elan ediblər. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Sürücülər hökumətin sərnişindaşıma sənayesini liberallaşdırmağa təhlükə yaradan rəqabət haqqında fərmanına etiraz edirlər.

Romada, tətillə əlaqədar olaraq İtaliyanın hər yerindən bir neçə yüz taksi sürücüsünün toplaşdığı "Piazza della Repubblica" meydanında mitinq və yürüş baş tutub.
Nəticədə İtaliya paytaxtının bütün taksi dayanacaqları avtomobilsiz qalıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İtaliya   Taksi   Tətil  



Xəbər lenti