Ukraynanı müdafiə edən əsgər AzVision oxucularına salam yolladı – VİDEO

   Ukraynanı müdafiə edən əsgər AzVision oxucularına salam yolladı –    VİDEO
  06 İyul 2022    Oxunub:1843
Hərbi vəziyyətin qaydalarına riayət edərək, onun nə adını, nə də savaşdığı istiqaməti açıqlayırıq. Təkcə onu deyə bilərik ki, 29 il öncə ailəsi ilə ikinci Vətəninə köçsə də, Ordubadda keçirdiyi yay tətillərini, kədərsiz uşaqlıq illərini unuda bilmir.
Məsafə etibarilə Azərbaycandan nə qədər uzaq olsa da, mental cəhətdən yaxın və qürurludur. Düşünür ki, sinəsində gəzdirdiyi hər iki Vətəninin bayrağı onu zirehdən daha yaxşı qoruyur. Çünki biri atasının, digəri isə anasının simvoludur...



Hans Kloss
AzVision.az üçün


Teqlər: Ukrayna  



Xəbər lenti