"Narkotik vasitələrin satışını xaricdən edirlər" - DİN rəsmisi

"Narkotik vasitələrin satışını xaricdən edirlər" - DİN rəsmisi
  06 İyul 2022    Oxunub:1841
Bu gün ölkədə narkotik istifadəçilərinin sayı rəsmi qeydiyyatda olanlardan çoxdur. Narkotikə meyilli şəxslərin sayı, vaxtında aşkarlanması, əhalinin maarifləndirilməsi prioritet məsələlərdəndir.
AzVision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov deyib.

O bildirib ki, DİN tərəfindən aparılan tədbirlər nəticəsində son 2 il 6 ay ərzində ölkədə narkotik vasitələrlə mübarizə sahəsində 19 mindən çox cinayət işi başlanılıb, 7 tondan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.

"Narkotik vasitələri satanlar əsasən xarici ölkələrdən istifadə olunan profillər vasitəsilə işini həyata keçirir və gənc qadınları cəlb edir. Narkomaniya ailədaxili münaqişələrin sayının artmasına da təsir edir. Buna görə narkomaniya ilə mübarizədə valideynlərin önəmi böyükdür".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti