Nigeriya prezidentinin mühafizəçiləri atəşə tutuldu

   Nigeriya prezidentinin mühafizəçiləri atəşə tutuldu
  06 İyul 2022    Oxunub:1222
Naməlum silahlı şəxslər Nigeriyanın Katsina əyalətinə ölkə prezidenti Muhammadu Buharinin qarşıdan gələn səfərinə hazırlaşmağa gedən mühafizəçilərdən ibarət qrupa hücum edib.
Buharinin mətbuat köməkçisi Qarba Şehu hücumu təsdiqləyib. Ehtimal ki, söhbət quldurlardan gedir. Şehunun sözlərinə görə, hərbçilərin və polislərin müşayiəti ilə avtomobillərdə ölkənin paytaxtı Abucadan Dauraya gedən prezidentin protokol xidmətinin üzvləri və mühafizəçilər pusqudan atəşə tutulub.

Hücum hərbçilər, polis və təhlükəsizlik qüvvələri tərəfindən dəf edilib. Nigeriya prezidentinin Daura səfəri təxminən bir həftəyə planlaşdırılıb.

AzVision.az



Teqlər: Nigeriya  



Xəbər lenti