Kişi mübahisə etdiyi qadını yandırdı

   Kişi mübahisə etdiyi qadını yandırdı
  06 İyul 2022    Oxunub:929
Kanadada avtobus dayanacaqlarından birində yanıq xəsarətləri alan Toronto sakini aldığı xəsarətlərdən dünyasını dəyişib.
Bu barədə polisə istinadən CBC telekanalı məlumat yayıb. Hücum iyunun 17-də yerli vaxtla saat 12:25-də (Bakı vaxtı ilə 20:25) Toronto şəhərinin Kiplinq stansiyasında baş verib. Zərərçəkmiş ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, təxminən 20 yaşlı qadınla 35 yaşlı kişi arasında söz davası yaranıb, daha sonra sonuncu zərərçəkmişin üzərinə benzin tökərək yandırıb.

AzVision.az



Teqlər:



Xəbər lenti