Qazaxıstanda partlayış olub: Ölən və yaralananlar var

   Qazaxıstanda partlayış olub:    Ölən və yaralananlar var
  06 İyul 2022    Oxunub:1240
Qazaxıstanın Atırau vilayətinin Jılıoyzk rayonunda ölümlə nəticələnən partlayış olub. AzVision.az xəbər verir ki, hadisə ölkənin ən böyük neft yatağı olan "Tengiz"də baş verib.
- Jılıoy rayonundakı "Tengiz" yatağında boru partlaması baş verib. Nəticədə 1985-ci il təvəllüdlü iki fəhlə ölüb. Müxtəlif bədən xəsarətləri alan 3 işçi isə xəstəxanaya çatdırılaraq tibbi yardım göstərilib, - yerli polisin açıqlamasında deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti