"Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla mənzillə təmin olundum. Buna görə dövlət başçımıza sonsuz təşəkkürümü bildirirəm",- deyə o yazıb.
C.Qafarova ev verilməsi sosial mediada tənqidlə qarşılanıb. Aktyor bununla bağlı “Instagram”da paylaşım edərək onu tənqid edənlərə də cavab verib:
“Roza xanım məni rəsmi olaraq övladlığa götürməyib, mənə ev almayıb, bacardığı qədər əlimdən tutub, kömək edib. Mən və qardaşım evimizin olmadığına görə Sosial Xidmətlər Agentliyinə müraciət etmişdik, qurum da mənim və qardaşımın uşaq evində böyüdüyümüzü, dövlətin himayəsində təhsil aldığımızı və valideynimizi itirdiyimizi araşdırdıqdan sonra bizi mənzillə təmin etdi”.
ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, Corc Qafarova dövlət tərəfindən mənzil verilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilib:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Soial Xidmətlər Agentliyinə təqdim edilmiş və Suraxanı rayonu 2 saylı Uşaq Evindən 11.03.2022-ci il tarixində verilmiş arayışda onun 2005-ci ildə “Ümid Yeri” Uşaq Sığınacağından Suraxanı rayonu 2 saylı Uşaq Evinə yerləşdirildiyi qeyd olunub. Corc Qafarov 282 saylı orta məktəbin XI sinfini bitirib və Uşaq Evində yaşadığı müddətdə heç bir yaxın qohumu ilə əlaqəsi olmayıb. Övladlığaverilmə prosesi 18 yaşınadək olan uşaqlara şamil edildiyi üçün 24.02.1995-ci il təvəllüdlü Corc Qafarov rəsmi olaraq övladlığa verilməyib. Qeyd olunanları nəzərə alaraq dövlət uşaq müəssisəsinin məzunu olaraq 04.07.2022-ci il tarixində Abşeron rayonunda yerləşən yeni yaşayış kompleksindən 1 otaqlı mənzil təqdim olunub".

AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


