Türkiyə terrorçuların ekstradisiyası üçün İsveç və Finlandiyaya sorğu göndərib

   Türkiyə terrorçuların ekstradisiyası üçün İsveç və Finlandiyaya sorğu göndərib
  06 İyul 2022    Oxunub:1054
Türkiyə İsveç və Finlandiyaya yazılı sorğu göndərərək terror təşkilatı üzvlərinin ekstradisiyasını tələb edib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib. Xüsusilə, Ankara 2016-cı ildə dövlət çevrilişinə cəhd edən “FETÖ”nun və PKK terror təşkilatının nümayəndələrinin ekstradisiyasını tələb edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, Ankara 73 terrorçunun, xüsusən də İsveçdən ekstradisiyasını tələb edir, lakin onlardan yalnız “üç və ya dördü” ekstradisiya edilib.


AzVision.az



Teqlər:



Xəbər lenti