|
| Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlandı |
Məsələn, ermənilərin müxalif siyasətçisi, keçmiş deputat Naira Zöhrabyan deyib ki, Azərbaycan İrəvana tankla deyil, bu cür üsullarla piyada ayaq basacaq.
- Bakıda elmi konfrans keçirildi və bu konfransda bir qrup azərbaycanlı alim UNESCO-ya müraciət edərək Ermənistanı mədəni vandalizmdə ittiham edib. Onlar hətta Azərbaycanın Təpəbaşı məhəlləsini xilas etmək üçün dərhal İrəvana xüsusi müşahidə missiyasının göndərilməsini də tələb edirlər. Bu konfransda bir nəfər tədqiqatçı və tarixçi olan Səbuhi Hüseynov adlı şəxsin Təpəbaşına dair elmi nəşri təqdim olundu. Şübhə etmirəm ki, UNESCO bu müraciətə, konfransa çox ciddi cavab verəcək. Bəli, həmin konfransda İranın da üzünə klassik şillə vuruldu ki, onlar nə qədər cəhd etsələr də, İrəvandakı Göy məscid Azərbaycanın mədəni irsi kimi qalacaq. Bəs biz nə edirik? Heç nə, - erməni siyasətçi deyib.
O həmçinin ənənəvi erməni yalanı ilə danışaraq iddia edib ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə qalan tək-tük erməni "mədəni izlər"i də ciddi təhlükə altındadır. Guya artıq kilsədən azan səsləri gəlir
- UNESCO rəsmiləri isə bizimlə söhbətlərində yalnız öz "dərin narahatlıqlarını" ifadə edirlər, eks-deputat gileylənib.
Zöhrabyan Ermənistanın daxili siyasi həyatında qarışıqlığın hökm sürməsini də xatırladıb. O, ölkədə parlamentin yox səviyyədə olmasını və s. məsələləri də İrəvanın beynəlxalq arenada Bakıya uduzmasına səbəb kimi görüb.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


