Britaniya Polşaya daha bir tank bölüyü göndərir

Britaniya Polşaya daha bir tank bölüyü göndərir
  06 İyul 2022    Oxunub:1060
Böyük Britaniya Polşaya əlavə tank bölüyü göndərir. AzVision.az xəbər verir ki, bu barədə Polşa baş nazirinin müavini və milli müdafiə naziri Mariuş Blaşçak məlumat verib.
O, Tvitter hesabında paylaşım edərək yazıb ki, "Britaniyanın "Challenger" tanklarından ibarət bölüyü artıq bu həftə ölkəmizdə olan Britaniya qüvvələrini dəstəkləmək, müttəfiqlərin gücləndirici qüvvələrinin bir hissəsi olmaq üçün Polşaya gələcək".

Nazir hesab edir ki, Polşada Britaniya kontingentinin güclənməsi ingilislərin şərq cinahını dəstəkləməsinin daha bir inandırıcı sübutudur.

Qeyd edək ki, Britaniya ordusu NATO-nun çoxmillətli qüvvələri çərçivəsində Polşada yerləşdirilib. Son zamanlar onların sayı 700 nəfərə çatıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti