Portuqaliya NATO-dakı rolunu gücləndirir

Portuqaliya NATO-dakı rolunu gücləndirir
  06 İyul 2022    Oxunub:1277
Portuqaliyanın müdafiə naziri Elena Karreyras Ukraynadakı döyüşlərlə əlaqədar hazırkı qlobal təhlükəsizlik mühitində ölkəsinin NATO-dakı rolunun gücləndirilməli olduğu fikrini bildirib.
Onun sözlərini “Euractiv” nəşri yazıb. “Rusiyanın Ukraynaya təcavüzü bu sahədə daha da uyğunlaşmaya ehtiyac olduğunu nümayiş etdirdi. Yeni beynəlxalq təhlükəsizlik mühiti ilə üzləşən NATO öhdəliklərimiz qısa və orta müddətli perspektivdə xüsusi əhəmiyyət kəsb edəcək”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda Madriddə keçirilən NATO Sammiti alyansa üzv olan ölkələrə Avropanın şərqində təhlükənin artacağı təqdirdə əldə edilməli olan hazırlıq səviyyəsi ilə bağlı tələblərə yenidən baxmağa kömək edib.

AzVision.az



Teqlər: NATO  



Xəbər lenti