Braziliyada ər-arvad silahlı qulduru döydü
Silahı görən kişi quldurun üstünə qaçaraq silahı tutmağa çalışıb. Bu zaman qadın tanımadığı şəxsi yerə yıxmağa çalışaraq yoldaşına kömək edib. Oğru belə müqavimət gözləməyib və qollarını uzadaraq döyülməni dayandırmağa çalışıb.
Polis onun yanına gələnə qədər cütlük kişini saxlayıb. Sonradan məlum olub ki, quldurun istifadə etdiyi motosiklet qonşu ştatda oğurlanıb. Hazırda şübhəli şəxs həbs edilib və xəstəxanadan buraxıldıqdan sonra həbsxanaya köçürüləcək.
AzVision.az
Teqlər: Braziliya







Vaxtında, Aydın, Lazımlı!


