ABŞ-da “peredoz”dan 9 nəfər öldü

ABŞ-da “peredoz”dan 9 nəfər öldü
  06 İyul 2022    Oxunub:1443
ABŞ-ın Florida ştatında təhlükəli opioid analjezikinin həddindən artıq dozası nəticəsində 9 nəfər ölüb.
Bu barədə “Tallahassee Demokrat” xəbər verir. Polis hesab edir ki, kütləvi ölümün səbəbi ölənlərin ya ehtiyac duyduqları dərmanları, ya da narkotikləri qara bazardan almağa cəhd etməsi və narkotik satıcılarının onlara fentanili qarışdırması nəticədə həddindən artıq dozanın yaranmasıdır. Ehtimal olunur ki, fentanil marixuana və ya kokainlə qarışdırılıb. Kütləvi zəhərlənmənin ən gənc qurbanının 34, ən yaşlısının isə 67 yaşı olub.

AzVision.az


Teqlər: Dərman  



Xəbər lenti