Paşinyanla Putin arasında telefon danışığı olub

 Paşinyanla Putin arasında telefon danışığı olub
  06 İyul 2022    Oxunub:1180
Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan və Rusiya liderləri ikitərəfli gündəliyin bir sıra məsələlər, eləcə də regiondakı proseslər barədə danışıblar

Tərəflər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasını müzakirə ediblər.

Paşinyan və Putin Ermənistan-Azərbaycan sərhədində delimitasiya və təhlükəsizlik üzrə komissiyanın fəaliyyəti, eləcə də regionda kommunikasiyaların açılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.


Teqlər:



Xəbər lenti